“Fənərbaxça”nın oyunu yarımçıq qaldı

"Trabzonspor" və "Fənərbaxça" klublarının qarşılaşması yarımçıq dayandırılıb.

477436
“Fənərbaxça”nın oyunu yarımçıq qaldı

Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" və "Fənərbaxça" klublarının qarşılaşması yarımçıq dayandırılıb.

Matçın dayandırılmasına meydan sahiblərinin azarkeşlərinin etdikləri hərəkətlər səbəb olub.

Oyunda sevimli komandalarının 0-4 geridə olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.

Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakimi Volkan Bayarslana zərbə endirib. Azarkeş yerə yıxılmış hakimi təpikləməyə başlayıb.

Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım qarşılaşmanı yarımçıq dayandırıb və hər iki komanda soyunub-geyinmə otağına yollanıb.



Әlaqәli Xәbәrlәr