Azərbaycan cüdoçuları Avropa Kubokunu qazanıblar

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

472916
Azərbaycan cüdoçuları Avropa Kubokunu qazanıblar
Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kuboku yarışını birinci pillədə başa vurub.​

​yarışın sonuncu günündə 73 kq çəki dərəcəsində çıxış edən Paşa Əliyev​ daha 1 medal yazdırıb.​

Xatırladaq ki, yarışın ilk günü Azərbaycan cüdoçuları​ 9 medal qazanıblar. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə turnirin bürünc medallarına sahib olublar.

Bununla da Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kuboku yarışını birinci pillədə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı yarışda millimiz 26 idmançı (20 oğlan, 6 qız) ilə təmsil olunub.



Әlaqәli Xәbәrlәr