Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

471465
Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 finalın cavab görüşləri keçirilib.Eyni vaxtda başlayan 4 qarşılaşma ilə bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçirilib. Şəhərin eyniadlı komandası Dortmund “Borussiya”sını qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırırdı. Matçın gedişində 1:3 hesabı ilə geri düşən "Liverpul" 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:3. Bu hesab Yurgen Kloppun "Liverpul"unu yarımfinala yüksəldib.
Mərhələnin digər maraqlı oyunu isə İspaniya derbisi idi. “Atletik”i qəbul edən “Sevilya” səfərdə qazandığı 2:1 hesablı qələbəni qoruya bilməsə də, yekunda sevinən tərəf olub. Belə ki, bu matçı "Atletik" qazanda da (2:1), oyunsonrası penalti seriyasında qalib gələn son çempion yarımfinala yüksəlib.

“Sparta” (Praqa) evdə “Vilyareal”a 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Səfərdə sevinmiş bir digər komanda “Şaxtyor” isə yarımfinala daha yaxın olan tərəf kimi “Braqa”nı darmadağınla yola salıb - 4:0. Oyunda diqqət çəkən məqam portuqaliyalıların futbolçusu Fereyranın 2 dəfə avtoqola imza atması olub.

14 aprel

Avropa Liqası, 1/4 finalın cavab oyunları

"Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:3
İlk oyun: 1:1

"Sevilya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya) - 1:2 (Penaltilər seriyası - 5:4)
İlk oyun: 2:1

"Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya) - 2:4
İlk oyun: 1:2

"Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0
İlk oyun: 2:1



Әlaqәli Xәbәrlәr