Beynəlxalq Olimpiya Komitəsi atletlәrin qan nümunәlәrini yenidәn analiz edir

Beynəlxalq Olimpiya Komitəsi 2008 Pekin və 2012 London Olimpiya oyunlarında yarışan yüzlərlə atletin qan nümunələrinin yenidən analiz edildiyini bildirib.

451800

İsveçrәdә martın 14-dә etibarәn davam edәn vә bu gün başa çatacaq WADA anti-dopinq simpoziumunda mәsәlәyә dair açıqlama verәn Beynəlxalq Olimpiya Komitəsinin direktoru Riçard Budget: ''Atletlәrin qan nümunәlәrini yenidәn analiz etmәmizin sәbәbi o tarixlәrdә bugünkü qәdәr inkişaf etmiş imkanlarımızın olmaması idi'' deyib.

Budget nәticәlәrin bir neçә hәftә vә ya ay әrzindә bәlli olacağını da deyib.

Qeyd edәk ki, Beynәlxanlq Olimpiya Komitәsi atletlәrin qan nümunәlәrini alaraq 8 il saxlayır vә lazım olsa yenidәn araştırır.

Әlaqәli Xәbәrlәr