“Fǝnǝrbaxça” tur üçün üstünlük ǝldǝ etdi

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça" öz meydanında “Braqa" ilə oynadı.

448480
“Fǝnǝrbaxça” tur üçün üstünlük ǝldǝ etdi

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça" öz meydanında “Braqa" ilə oynadı.

Oyun İstanbul klubunun qələbəsi ilə başa çatdı. Mehmet Topalın 83-cü dəqiqədə vurduğu qol matçın yeganə oldı. “Fǝnǝrbaxça" Portuqaliyaya bir qolun verdiyi üstünlüklə gedǝcǝk.

Avropa Liqasında (AL) 1/8 final mərhələsinin ilk oyunlarında bütün qarşılaşmaları eyni gündə baş tutdu.

Dortmundda yerli “Borussiya" “Tottenhem"lə qarşılaşıb. Futbol ictimaiyyəti tərəfindən "erkən final" kimi xarakterizə olunan görüş maraqlı mübarizə şəraitində keçib. MatçıTürk hakim Cüneyt Çakır idarǝ edib. “Sarı-qaralar" 3 cavabsız qolla qalib gələrək, növbəti tur üçün böyük üstünlük qazanıblar.

Daha bir “erkən final" isə Liverpulda baş tutub. Yerli komanda “Mançester Yunayted"i qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya derbisi də gərginliyinə görə digər iki qarşılaşmadan geri qalmayıb. “Atletik"lə “Valensiya" arasındakı ilk mübarizənin taleyini bir qol həll edib. Bilbaolular səfərə minimalhesablı üstünlüklə yollanacaqlar.



Әlaqәli Xәbәrlәr