Rusiya idmanın dopinq qalmaqalı davam edir

Məşhur tennisçi Mariya Şarapovanın ardınca daha 6 idmançının analizi müsbət nəticə verib.

447355
Rusiya idmanın dopinq qalmaqalı davam edir

Belə ki, fiqurlu konkisürən Yekaterina Bobrova, konkisürən Pavel Kulijnikov, velosipedçi Eduard Vorqanov, şot-trekçi Semyon Yelistratov və voleybolçu Aleksandr Markinin də orqanizmindən istifadəsi qadağan olunan preparat tapılıb. Onların da Şarapova kimi meldonidən istifadədə günahlandırılırlar.

Rusiyanın idman naziri Vitali Mutko mövzu ilǝ bağlı verdiyi açıqlamada bildirib ki, daha bir neçə belə faktın üzə çıxması gözlənilir.

Meldoninin yaradıcısı İvar Kalvinş isə bu preparatdan 2 milyona yaxın adamın istifadə etdiyini və onun dopinq olmadığını açıqlayıb: “Meldoninin qadağası axmaqlıqdı. Bu, dopinq deyil. İdmançıları yükləmələr vaxtı qoruyur. Bunu dopinq sayması üçün heç bir elmi əsası yoxdu".



Әlaqәli Xәbәrlәr