Messi karyerasında vurduğu qolların sayını 501-ǝ çıxarıb

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi karyerasında 500-cü qolunu vurub.

427136
Messi karyerasında vurduğu qolların sayını 501-ǝ çıxarıb

İspaniya Kuboku çərçivəsində “Valensiya” ilə matçda baş verib.

“Kamp Nou” stadionunda keçirilən ilk yarımfinal qarşılaşmasında “Barselona” rəqibini 7:0 hesabı ilə darmadağın edib. Lionel Messi oyunda “xet-trik”-ə imza ataraq karyerasında vurulan qolların sayını 501-ə çatdırıb.

Qeyd edək ki, Messi “Barselona”nın heyətində 436, Argentina millisinin heyətində isə 65 qol vurub.


Etiketlәr: #Messi , #“Valensiya”

Әlaqәli Xәbәrlәr