"Avro-2016"nın hakimləri müəyyənləşdi

Turnirin final mərhələsinin oyunlarına 18 hakim təyinat alıb.

410565
"Avro-2016"nın hakimləri müəyyənləşdi

Türkiyənin FİFA referisi hakimlərindən Cüneyt Çakır 10 iyun- 10 iyul tarixlərində Fransada keçiriləcək Avropa çempionatında ədaləti təmsil edəcək.

UEFA-dan verilən məlumata görə, Türkiyə milli kamandasınında mübarizə aparacağı Avro 2016 final mərhələsinin oyunlarına 18 hakim təyinat alıb.

 "Avro-2016"da keçiriləcək 51 oyunu idarə edəcək 18 hakimin siyahısı belədir:

Cüneyt Çakır (Türkiyə),Martin Atkinson (İngiltərə), Pavel Kraloveç (Çexiya), Feliks Brix (Almaniya), Byörn Kuypers (Hollandiya), Simon Marçinyak (Polşa), Mark Klattenburq (İngiltərə), Milorad Maziç (Serbiya), Uilyam Kollum (Şotlandiya), Svein Moen (Norveç), Conas Eriksson (İsveç), Nikola Ritsoli (İtaliya), Ovidiu Hateqan (Rumıniya), Damir Skomina (Sloveniya), Sergey Karaşev (Rusiya), Klement Turpin (Fransa), Viktor Kaşşai (Macarıstan) və Karlos Velasko Karbalyo (İspaniya)

 



Etiketlәr:

Әlaqәli Xәbәrlәr