EURO 2016-nın biletləri satışa çıxarılıb

Türkiyənin A Milli Komandamızın iştirak etdiyi UEFA EURO 2016-nın biletləri satışa çıxarılıb.

362749
EURO 2016-nın  biletləri satışa çıxarılıb

UEFA biletlərin satişinı rəsmi internet səhifəsindən başladıb. Bilet satışı yanvarın 18-də Türkiyə vaxtı ilə saat 13:00-da başa çatacaq.
Qeyd edək ki, qrup oyunlarının bilet qiymətləri; 1-ci kateqoriya - 145 avro,2-ci kateqoriya - 105 avro, 3-cü kateqoriya - 55 avro və 4-cü kateqoriya - 25 avro olaraq müəyyənləşdirilib.
Türkiyə təmsilçisinin turnir çərçivəsindəki ilk matçı iyunun 12-də Xorvatiya yığması ilə olacaq.
Matç Türkiyə vaxtı ilə saat 16:00-da başlayacaq və Parisdə yerləşən Parc Des Princes stadionunda oynanacaq.
Türkiyə təmsilçisinin 2-ci qarşılaşması isə iyunun 17-də olacaq. Matç Türkiyə vaxtı ilə saat 22:00-da başlayacaq və Nice Allianz Riviera stadionunda oynanacaq. 3-cü matç isə iyunun 21-də baş tutacaq və Lens-in Felix-Bollaert stadionunda oynanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr