Taekvando Çempionatında Türkiyə qızıl medal qazanıb

Avropa Taekvando Çempionatında türkiyəli idmançı qızıl medal qazanıb.

420162
 Taekvando Çempionatında Türkiyə qızıl medal qazanıb



Taekvando Çempinatının ikinci günündə qadınlar arasında 57 kq çəki dərəcəsində Dürdanə Altunel qızıl medal qazanıb.
Rumınyanın paytaxtı Buxarestdə keçirilən çempionatın ikinci günündə 4 türk idmançısı tatami üzərinə çıxıb.
İlk turu oyunsuz keçdikdən sonra ikinci turda Nikita Glasnoviçi 1-0, 4/1 finalda Yunan Anastasia İrida Galazoulanı 15-2, yarım finalda Norveç təmsilçisi Marie Magnusu 5-1 hesabı ilə məğlub edən Dürdanə Altunel, finalda Fransalı rəqibi Celin Laurguya üzərində 9-1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub.
Çempionatın üçüncü günü yəni sabah qadınlar arasında 62 kq çəki dərəcəsində Kubra Kıyı, kişilər arasında 74 kq çəki dərəcəsində Muhemmed Emin Yıldız və 80 kq çəki dərəcəsində Orkun Ateşli qızıl medal uğrunda mübarizə aparacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr