2016 Avropa Futbol Çempionatının püşkatma mərasimi dekabrın 12-d

Fransada keçiriləcək 2016 Avropa Futbol Çempionatının seçmə mərhələsinin matçları yekunlaşdıqdan sonra komandaların püşkatma mərasimi zamanı hansı torbada yer aldıqları bəlli olub.

418516
2016 Avropa Futbol Çempionatının püşkatma mərasimi dekabrın 12-d

Fransanın paytaxtı Parisdə dekabrın 12-də baş tutacaq püşkatma mərasimində Türkiyənin A Milli futbol komandası 4-cü torbada yer alacaq.
Qruplarda mübarizə aparacaq 24 komandanın yer aldıqları torbalar belədir:
1-ci torba: Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika.
2-ci torba: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna.
3-ci torba: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan.
4-ci torba: Türkiyə, İrlandiya Respublikası, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr