Türkiyə ‘‘Rio 2016 Olimpiya Oyunları’’na hazırlaşır

Yaxın zamanda çox əhəmiyyətli turnirlərə ev sahibliyi edəcək olan Türkiyədə ‘‘Rio 2016 Olimpiya Oyunları’’ın seçmə mərhələri həyəcanı yaşanacaq.

414442
Türkiyə ‘‘Rio 2016 Olimpiya Oyunları’’na hazırlaşır

‘‘Filelerin Sultanları’’ Ankarada keçiriləcək Rio 2016 turnirində mübarizə aparacaq.
Qadınlar üzrə voleybol Avropa Qitəsi 2016 Rio Olimpiya Oyunları seçmə mərhələsi oyunları gələcək ilin 4-9 yanvar tarixlərində Ankarada keçiriləcək. Turnirdə Türkiyə A Milli Qadınlardan ibarət Voleybol komandası başda olmaqla Almaniya, Hollandiya, Xorvatiya, Rusiya, İtaliya, Belçika və Polşanın nümayəndələri iştirak edəcək. Seçmə mərhələsində mübarizə aparan ölkələr birbaşa ‘‘2016 Rio Olimpiadası’’nda iştirak etmə hüququnu əldə edəcək. Türniri 2-ci cə 3-cü sırada tamamlayan komandalar isə Beynəlxalq Voleybol Federasiyası Dünya Olimpiyadasının təsnifat mərhələsində Rio 2016-tı üçün mübarizə aparacaq.
Güləş üzrə mübarizə isə İstanbulda 6-8 may tarixlərində keçiriləcək.
Boks üzrə mübarizə isə Samsunda aprel ayında keçiriləcək.
Qeyd edək ki, tekvando isə Rio-2016-ı üçün seçmə mərhələsi İstanbulda 2016-cı ilin 16-17 yanvar tarixlərində baş tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr