‘‘Qızıl top’’a namizəd idmançıların siyahısı  açıqlanıb

Oktyabrın 20-də dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizəd 23 idmançının adı açıqlanıb.

356512
‘‘Qızıl top’’a namizəd idmançıların siyahısı  açıqlanıb

FİFA-nın rəsmi saytından verilən açıqlamada, siyahıya “Barselona”dan 6, “Real” və “Bavariya”dan 5, “Mançestr Siti”dən üç futbolçunun adı daxil edilib.
FİFA-nın açıqladığı siyahıda Serxio Aquero, Yaya Ture (hər ikisi “Mançester Siti”), Kevin de Bryune (“Mançester Siti”/ “Volfsburq”), Qaret Beyl, Karim Benzema, Kriştianu Ronaldu, Toni Kroos, Hames Rodriqes (hamısı “Real”), Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (PSJ), Andres İnesta, Neymar, Xavyer Maskerano, Linoel Messi, İvan Rakitiç, Luis Suares (hamısı “Barselano”), Robert Levandovski, Tomas Müller, Manuel Noyer, Aryen Robben (hamısı “Bavariya”), Arturo Vidal (“Bavariya”/ “Yuventus”), Pol Poqba (“Yuventus”) və Aleksis Sançes (“Arsenal”) yer alıblar.
Milli komandaların kapitan və baş məşqçilərinin, həmçinin kütləvi informasiya vasitələrinin səsverməsindən sonra noyabrın 30-da üç namizəd futbolçunun adı açıqlanacaq.
“Qızıl top”un sahibi isə gələn il yanvarın 11-də Sürixdə təşkil olunacaq təntənəli mərasimdə açıqlanacaq.
Qeyd edək ki, 2014-cü ildə ən yaxşı futbolçu adına “Real”ın hücumçusu Kriştianu Ronaldu sahib olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr