Almaniya Futbol Federasiyası Rəhbəri rüşvət iddiasını təkzib edi

Almaniya Futbol Federasiyasının Rəhbəri Volfqanq Niersbaç ölkəsinin 2006 FİFA Dünya Kubokunun ev sahibliyi namizədliyi zamanı rüşvət verildiyi iddiasını təkzib edib.

355370
Almaniya Futbol Federasiyası Rəhbəri rüşvət iddiasını təkzib edi

Niersbaç, (DFB)in rəsmi internet səhifəsindən verdiyi açıqlamada, 2006 Dünya Kubokunun ev sahibliyi üçün FİFA icra Heyətinin 4 üzvünün səslərini satın almaq üçün 6.7 milyon avro rüşvət verilməsi ilə bağlı iddiasını rədd edib.
Neirsbaç həftə ərzində Almaniyanın ‘‘Spiegel’’ jurnalında dərc olunan DFB-in bu rüşvəti verə bilmək üçün ‘‘gizli kassa’’ yaratdığına dair iddiaları da təkzib edərək bildirib ki, 2006 Dünya Kubokuna müraciət və tənzimləmə hüququnu əldə etmək üçün Almaniya Futbol Federasiyasının nə müraciət komitəsinə nə də təşkilat komitəsinə ödəniş etməyib.
Niersbaç Almaniyanın çempionatı keçirmək üçün heç bir üzvü satın almadığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr