"Pınar Karşıyaka" Avroliqada "Barselona"nı məğlub etdi

Basketbol üzrə Türkiyə çempionu “Pınar Karşıyaka” Avroliqada “Barselona” komandasını məğlub edib

354912
"Pınar Karşıyaka" Avroliqada "Barselona"nı məğlub etdi

Basketbol üzrə Avroliqa turnirində yeni mövsümə start verilib.
Komandaların hərəsində 6 komanda olmaqla, dörd qrupda (“A”, “B”, “C”, “D”) mübarizə apardığı turnirin ilk turunda azarkeşlər sürpriz nəticələrin şahidi olublar.
Günün əsas gözlənilməz nəticəsi Türkiyənin İzmir şəhərində qeydə alınıb. “C” qrupu çərçivəsində Türkiyə çempionu “Pınar Karşıyaka” komandası tarixində ilk dəfə iştirak etdiyi Avroliqa birinciliyində qitənin güclü klublarından sayılan “Barselona” kollektivini (İspaniya) məğlub edib. Görüşün əvvəlində meydanda gərgin mübarizə gedib. İki perioddan sonra hesab 29:27 komandamızın xeyrinə olub. Fasilədən sonra daha məhsuldar keçən oyun “Pınar Karşıyaka”nın tarixi qələbəsi ilə başa çatıb - 71:62. Matçın qəhrəmanı 16 xal toplayan Koldon Ayverson olub.
“D” qrupunda İstanbulda keçirilən “Darüşşafaka” və “Dinamo Sassari” (İtaliya) kollektivlərinin oyunu over-tayma qədər uzanıb. Qrupun ən zəif komandalarından biri olan İtaliya komandası görüşün əsas vaxtında rəqibinə qarşı müqavimət göstərə bilib. Over-taymdan sonra isə təmsilçimizin qələbəsi qeydə alınıb - 83:74.
Turnirin qrup mərhələsinin oyunları dekabrın 18-də başa çatacaq.
Qruplarda ən çox xal toplamış dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, 24 komandanın mübarizə apardığı Avroliqa turnirinə gələn il mayın 15-də yekun vurulacaq. Turnirin yarımfinal və final oyunları Berlində keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr