Türkiyə millisi AVRO 2016-ya vəsiqə qazandı

Konya Torku Arenada keçirilən oyunda İslandiyanı 1-0 hesabı ilə məğlub edən Türkiyənin A Milli Futbol Komandası Fransada oynanacaq 2016 Avropa Çempionatına birbaşa qatılma hüququ qazandı.

392073
Türkiyə millisi AVRO 2016-ya vəsiqə qazandı

2016 Avropa Futbol Çempionatı (AVRO 2016) Seçimləri çərçivəsində A Qrupunda keçirilən 10-cu və son həftə matçlarından sonra ilk 2 yeri tutan Çexiya və İslandiya ilə yanaşı "ən yaxşı 3-üncü" olan Türkiyə finallara getmə hüququ qazandı.
.


Türkiyə oyunçuları qrupun son qarşılaşmasında İslandiya komandası ilə yarışdı. 62-ci dəqiqədə oyuna daxil olan Gökhan Törenə 78-ci dəqiqədə qırmızı kart göstərilməsə ilə10 nəfər qalan ay-ulduzlular, Səlcuq İnanın 89-cu dəqiqədə sərbəst atdığı qolla meydanı1-0 hesabı ilə qalib olaraq tərk etdilər.

Türkiyənin nəticəsini maraqla izlədiyi Latviya-Qazaxıstan qarşılaşması Kuatın 65-ci dəqiqədə vurduğu qolla 1-0 hesabı ilə Qazaxıstanın qələbəsi ilə bitdi.

Beləliklə, İslandiya matçından əvvəl 9 xalı olan Türkiyə, "ən yaxşı 3üncü" olaraq 16 xalla zirvəyə qalxdı.

Ən "yaxşı 3-cü komanda" olaraq AVRO 2016-ya bilet alan Türkiyə millisi, 1996, 2000 və 2008-dən sonra 4-cü dəfə Avropa Futbol Çempionatına vəsiqə qazandı.

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəsmi Twitter hesabından: "Bu hüznlü günlərimizdə bizləri millətcə eyni sevinclə birləşdirən Milli Komandamıza və Fatih Terimə ürəkdən təbriklər, təşəkkürlər!” mesajı ilə Milli Futbol Komandasını təbrik etdi.


Türkiyənin Baş nazir Əhməd Davudoğlu da Türkiyə Futbol Direktoru Fateh Terimə zəng edərək A Milli Komandasını təbrik etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr