Milli komanda son 16 komandanın arasına daxil olub

Argentinanın ev sahibliyindǝ keçirilǝn 2015 FIVB(Beynǝlxalq Voleybol Federasiyası) U19 Kişilǝr üzrǝ Dünya Çempionatında tǝsnifat mǝrhǝlǝsi başa çatıb.

334580

Yer aldığı A qrubundakı dördüncü vǝ son oyunda Belçika ilǝ mübarizǝ aparan U19 kişilǝr üzrǝ milli komanda, rǝqibini 3-1 hesabı ilǝ mǝğlub edib.
Bununla da qrup oyunlarını 7 xal hesabı ilǝ üçüncü yerdǝ başa vuran milli komanda son 16 komandanın arasına daxil olub. Bu turda Çinin milli komandası ilǝ oynayacaq milli komandamız dörddǝ bir finala vǝsiqǝ qazana bilmǝk üçün mübarizǝ aparacaq.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr