Məşhur akrobat Nik Wallendanın nəfəs kəsən nümayişi

10 mərtəbəli bina yüksəkliyindəki polad ip üzərində 475 metrlik gedişini tamamladı

324424
Məşhur akrobat Nik Wallendanın  nəfəs kəsən nümayişi


Məşhur akrobat Nik Wallenda nəfəs kəsən nümayişi ilǝ polad  ip üzərində ən uzun gediş reallaşdırdı.

Wallenda, Amerika Birləşmiş Ştatlarının Wisconsin əyalətində 10 mərtəbəli bina yüksəkliyindəki polad ip  üzərində 475 metrlik gedişini tamamladı.

Nümayiş əsnasında zaman zaman həyəcanlı nǝfǝs kǝsǝn anlar yaşandı.

475 metr uzunluğundakı polad ipi   33 dəqiqədə keçǝn məşhur akrobat  tamaşaçılardan böyük alqış aldı.

Cambazlar kralı olaraq xatırlanan Wallendanın Guinnes Rekordlar Kitabında bir çox rekordu var.

Wallenda  keçdiyimiz il də Niagara Şəlaləsinin ip üstündə keçən ilk insan olaraq tarixə keçmişdii. 34 yaşındakı akrobat  Böyük Kanyondaki nümayişində də eyni polad ipi istifadə etdi.
 Floridalı Wallenda ailəsinin yeddinci nəsil üzvü olan Nik Wallendanın babası Karl Wallenda 1978-ci ildə Porto Rikodaki bir ip cambazlığı nümayişində düşərək həyatını itirmişdi.

 Təhlükəli nümayişin ardından mediaya danışan Wallenda, babasının cəsarətinin ona  güc verdiyini ifadə etdi.
  Qabiliyyətli akrobat, gediş əsnasında özünü tək narahat  edən şeyin  gözlənilməz bir anda əsən külək olduğunu ifadə etdi.
Nik Wallenda, yeni hədəfinin New Yorkdakı 320 metr uzunluğundakı Chrysler və 443 metr uzunluğundakı Empire State göydələnləri arasında ip üstündə getmək olduğunu ifadə edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr