Türkiyə idmançılarının növbəti uğuru

1-ci Avropa Oyunlarında Türk idmançılar 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

303505
Türkiyə idmançılarının növbəti uğuru

Azərbaycanın paytaxtı Bakıda keçirilən 1-ci Avropa Oyunlarında karate yarışları üzrə mübarizə aparan Türk idmançılar 2 qızıl, 1 gümüş və 1 bürünc medalın sahibi olub.
Serap Özçelik, qadınlar üzrə 50 kiloqram çəki dərəcəsi üzrə qarşılaşdığı Avstriyalı Bettina Plankı 1-0 hesab ilə məğlub edərək qızıl medalın sahibi olub.
İstanbulda təşkil edilən Böyüklər Avropa Çempionatında bürünc medalı qazanan Burak Uyğur, 67 kiloqram çəki dərəcəsi üzrə Fransız Steven Da Costayı məğlub edərək Türkiyəni 2-ci qızıl medal sahibi edib.
61 kiloqram çəki dərəcəsi üzrə yarışan Merve Çoban gümüş medalın sahibi olub.
Erman Eltemur isə 75 kiloqram çəki dərəcəsi üzrə Almaniyalı Noah Bitschi 5-0 hesab ilə məğlub edərək bürünc medal qazanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr