Qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib

Bu gün birinci Avropa Oyunlarında qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib.

303183
Qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib

Bu gün birinci Avropa Oyunlarında qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib.
AZƏRTAC-ın xəbərinǝ ǝsasǝn, 1.31.05 nəticə ilə finişə birinci gələn isveçrəli idmançı Jolanda Neff Avropa Oyunlarının ilk çempionu olub. İkinci yeri onun həmvətəni Katrin Strumeman qazanıb. Üçüncü yerə Yana Belomoina sahib olub. Qalibə və mükafatçılara medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Avropa Oyunlarının Əməliyyat Komitəsinin direktoru Azad Rəhimov təqdim ediblər.
İsveçrənin milli himni səslənib.
Mükafatlandırmadan sonra jurnalistlərin suallarına cavab verən J.Neff yarışlar barədə təəssüratlarını bölüşüb. Birinci Avropa Oyunlarının ilk qızıl medalının sahibi olduğu üçün özünü xoşbəxt saydığını bildirən velosipedçi Oyunlarının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr