Kristian Qomes futbol meydanında dünyasını dəyişib

Futbol sahәlәrindә daha bir bədbəxt hadisə yaşanıb.

287461
Kristian Qomes  futbol  meydanında dünyasını dəyişib

Argentinanın “Atletiko Parana” klubunun futbolçusu Kristian Qomes futbol meydanında dünyasını dəyişib.
Ölüm hadisəsi “Atletiko Parana”nın “Boka Udinos”la oyunu zamanı baş verib. Matçın 32-ci dəqiqəsində 27 yaşlı futbolçu huşunu itirərək, yerə yıxılıb. Bunu görən qarşılaşmanın baş hakimi dərhal oyunu dayandırıb.
Komandanın həkimləri Qomesin həyatını xilas etmək üçün çalışsalar da, bu, onlara müəssər olmayıb. Futbolçu xəstəxanaya aparılarkən, yolda keçinib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr