Məşhur futbolçu Fransanı tərk etdi

32 yaşlı futbolçu Frank Riberi “Münxen Bayern” klubunda oynamağa başlayıb

260644
Məşhur futbolçu Fransanı tərk etdi

Futbol karyerasına 18 yaşında, Fransanın Bulon-sür-Mer şəhərinin “US-Bulon” komandasında başlayan, ölkənin yığma futbol komandasının məşhur hücumçusu Frank Riberi bir daha Fransaya qayıtmayacağını bəyan edib. Almaniyanın Münxen Bayern futbol komandasında 7 nömrə altında oynayan futbolçu Fransanı tərk etməsinə səbəb kimi oynunun lazımınca qiymətləndirilmədiyini, komanda rəhbərliyi tərəfindən ona soyuq münasibət bəslənildiyini və dəfələrlə tənqidə məruz qaldığını göstərib. Fransa futbolunun ulduzu, Zinəddin Zidanın davamçısı kimi qiymətləndirilən 32 yaşlı futbolçu Fransanı tərk edərək “Münxen Bayern” klubunda oynamağa başlayıb. Frank Riberi yaxın vaxtlarda Almaniya vətəndaşlığını qəbul edəcəyini də bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr