"Çelsi" İngiltərə çempionu oldu

Oyunda yeganə qolu Eden Azar vurub

260741
"Çelsi" İngiltərə çempionu oldu

“Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda “Kristal Pelas” üzərində qələbə qazanaraq, sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. London komandalarının 35-ci tur qarşılaşması 1:0 hesabı ilə yekunlaşıb. Oyunda yeganə qolu Eden Azar vurub. “Çelsi” bu qələbə sayəsində, “Mançester Siti” və “Arsenal” ilə arasındakı xal fərqini 16-ya çatdırıb. Bununla da ingilis klubu beşinci dəfə ölkə çempionu olub. qeyd edək ki, bu beş qələbədən üçü Joze Mourinyonun rəhbərliyi ilə qazanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr