Futbol əfsanələri yoxsulluqla mübarizə üçün meydançaya çıxacaq

Matç “TRT Sporda” canlı yayımlanacaq

242900
Futbol əfsanələri yoxsulluqla mübarizə üçün meydançaya çıxacaq

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən 12-si təşkil edilən “Yoxsulluqla Mübarizə Maçı” bu axşam Fransada keçiriləcək. Maç “TRT Sporda” canlı yayımlanacaq.
Braziliyalı Ronaldo, fransız Zinəddin Zidan və Fil dişi Sahilli Didier Droqbanın iştirak edtiyi komanda Fransanın Saint Etienne şəhərindəki “Geoffroy-Guichard” Stadionunda keçiriləcək. FİFA-nın dəstəyi ilə UEFA-nın təşkil etdiyi matçı dünyaca məşhur hakim Pierluigi Collina idarə edəcək.
Ronaldo, Zidane və Drogbanın komandasından başqa dünyaca məşhur futbol ulduzları - Cafu, Clarence Seedorf, Edvin van der Sar, Eric Abidal, Christian Karembeu, Youri Djorkaeff, Fabien Barthez, Gianluca Zambrotta, Frank de Boer, Ronald de Boer, Jay-Jay Okocha, Louis Saha və Vladimir Smicer meydançaya çıxacaq. Əldə ediləcək gəlirin bir qismi Ebola epidemiyasından ən çox əziyyət çəkən Afrika ölkələri - Qvineya, Sierra Leon və Liberiyaya, digər qisimi isə “Saint Etienne” klubuna aid və eyni adlı şəhər üçün ictimai yardım layihələri üzərində işləyən dərnəyə bağışlanacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr