Rio Olimpiadasanın biletləri artıq satışdadır

Braziliyada keçiriləcək Yay Olimpiya oyunlarının biletləri satışa çıxarılıb.

220025
Rio Olimpiadasanın biletləri artıq satışdadır

2016-ci ildə Braziliyada keçiriləcək Yay Olimpiya oyunlarının biletləri satışa çıxarılıb.

Avqust 5-21 tarixləri arasında keçiriləcək oyunlara biletlərin qiyməti 40 real (13 ABŞ dolları) - 1200 real arasında dəyişir. Xatırladak ki, 2012 London Olimpiadsında biletlərin qiyməti təxminən 32 ABŞ dollarlı təşkil edirdi. Daha əvvəl Təşkilat Komitəsi təxminən 7,5 milyon ədəd biletin yarısının qiymətinin 30 dollar civarında olacağını açıqlamışdır. Lakin ən populyar idman növləri sayılan atletika, basketbol, çimərlik voleybolu və voleybolun final oyunlarına biletlərin qiymətinin 1200 real təyin olunub. İqtisadi böhranla savaşan Braziliyada orta aylıq əmək haqqı 788 real təşkil edir. Marakana Stadionunda keçiriləcək açılış mərasiminə biletlərin qiyməti isə 4 600 realdır. Qeyd edək ki, hələlik yalnız Braziliya vətəndaşları və bu ölkədə yaşamaq hüququ olan xarici vətəndaşlar biletləri əldə edə bilər. 2016 ilin Yanvar ayından etibarən isə, bütün idmansevərlər biletləri internet vasitəsi ilə əldə edə biləcəklər.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr