Milli atlet Ali Kaya qızıl medal qazanıb

Əli Qaya 7:38.42-lik dərəcə əldə edərək Avropa çempionu adını qazanıb.

253590
Milli atlet Ali Kaya  qızıl medal qazanıb

33-cü Avropa Atletika Çempionatında kişilər üç min metr yarışlarında iştirak edən milli atlet Ali Kaya qızıl medal qazanıb. Atletimiz bu məsafədə çempionat rekordunu, 23 yaşa qədər idmançılar və böyüklər arasında Türkiyə rekordunu qıraraq yarışı ilk sırada qazanıb.
Çexiyanın paytaxtı Praqada təşkil olunan çempionatın ikinci günündə kişilər üç min metr məsafəyə qaçışda Əli Qaya 7:38.42-lik dərəcə əldə edərək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha öncə rekord 7:40.17-lik nəticəylə Somali əsilli İngilis atlet Mo Faraha aid idi.
Avropa çempionatının bu gün keçiriləcək 1500 metr məsafəyə qaçışın final mərhələsində İlham Tanui Özbilən medalçılar arasında yer almağa çalışacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr