Çağla Büyükakçaydan bir rekord daha

Türk tennisçisi Çağla Büyükakçay 23 Fevralda açıqlanan yeni reytinq sıralamasında ən yaxşı nəticəsinə nail olub.

231396
Çağla Büyükakçaydan bir rekord daha

Türk tennisçisi Çağla Büyükakçay 23 Fevralda açıqlanan yeni reytinq sıralamasında ən yaxşı nəticəsinə nail olub.
Ötən həftə Dubayda təşkil olunan bir turnirdə əsas mərhələyə vəsiqə qazanan ilk Türk tennisçi adını qazanan Büyükakçay WTA Dünya tennis sıralamasında 120-ci sıradan 108-ci sıraya yüksələrək öz rekordunu yeniləyib.
Qeyd edək ki, Dubayda təşkil olunan turnirdə Kanadalı raketka ustası Qabriela Dabrovskini məğlub edən Büyükakçay, bu yarışda qazandığı altmış xal hesabına 12 tennisçini daha geridə qoyaraq Dünya sıralamasında ilk yüzə girmək hədəfinə bir addım daha yaxınlaşıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr