Azərbaycan güləşçiləri Dünya Kubokunun sahibi

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib.

227872
Azərbaycan güləşçiləri Dünya Kubokunun sahibi

  Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.

  Azərbaycan Güləş Federasiyasının məlumatına görə, yerli İran idmançıları ilə qarşılaşan Azərbaycan güləşçiləri gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub.

  Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən Azərbaycan yığması qrup görüşlərini də lider olaraq tamamlayıb.

  Bu nəticə ilə yunan-Roma güləşi yığması üzrə Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandası Dünya Kubokunun finalına vəsiqə qazanıb.

  Finalda Azərbaycan güləşçiləri digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə Azərbaycan komandası rəqiblərindən üstün olub.

  Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr