Nənəsi Türk olan futbolçu uğrunda mübarizə

... onun Türkiyə milli futbol komandasında oynamaq haqqı var

195510
   Nənəsi Türk olan futbolçu uğrunda mübarizə

  Fateh Terim nənəsi Türk olan Oskar Borq (Oscar Borg) üçün ingilislərlə yarışa girib. “Daily Mail” qəzetinin yazdığına görə, Türkiyə Milli Futbol Komandasının direktoru Fateh Termin gələcəyin Qaret Beyli (Gareth Bale) sayılan, Londonun Vest Ham Yunayted (West Ham United) futbol komandasının üzvü olan Oskar Borqu İngiltərənin əlindən almaq üçün qollarını çırmalayıb. Çünki İngiltərənin Surrey şəhərində dünyaya gələn gənc futbolçunun nənəsi Türkdür, bu da o deməkdir ki, onun Türkiyə milli futbol komandasında oynamaq haqqı var.
  Keçən yay Mançester Yunayted (Manchester United) klubu tərəfindən sınanan gənc futbolçu “Süd Kuboku” uğrunda ÇSKA Moskva başda olmaqla bir çox komandalarla qarşılaşmalarda diqqəti cəlb edib. Amma Mançester Yunayted Vest Hamın yetişdirməsi olan Oskar Borq üçün 300 min avro ödəməyincə o, London komandasında qaldı.
  Gənc futbolçu (Aston Villa) Aston Villa, Çelsia (Chelsea) və Fulhamın (Fulham) təkliflərini rədd etməyə məcbur olub. Çünki hələ 15 yaşından oynadığı “21 yaşa qədər futbol komandası Vest Ham”la 2016-cı ilin iyun ayına qədər müqaviləsi var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr