Kriştianu Ronaldo ilin әn yaxşı futbolçusu seçilib

“Match of the Day” ilin ən yaxşı 100 futbolçusunu seçib.

164310
Kriştianu Ronaldo ilin әn yaxşı futbolçusu seçilib

İngiltərənin məşhur jurnallarından “Match of the Day” ilin ən yaxşı 100 futbolçusunu seçib. Jurnalın oxucuları arasında aparılan səsverməyə əsasən, ilk sırada Portuqaliya millisi və “Real”ın oyunçusu Kriştianu Ronaldo yer alıb. Lionel Messi (Argentina, “Barselona”) ikinci, Luis Suares (Uruqvay, “Barselona”) üçüncü pillədə qərarlaşıblar.
Ümumilikdə ilk yüzlüyə daxil olan futbolçunun 39-u İngiltərə Premyer Liqası, 25-i La Liqa, 20-i Bundesliqa, 4-ü isə İtaliya A seriyasında çıxış edir.
“Bavariya” və “Real”dan 12, “Barselona”dan 9, “Mançester Siti”dən 8, “Mançester Yunayted”dən isə 6 oyunçu ən yaxşılar sırasında yer alıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr