Boksun əfsanəvi adı Məhəmməd Əli, xəstəxanaya yerləşdirilib

Әfsanəvi boksçu 72 yaşlı Məhəmməd Əli, sətəlcəm diaqnozuyla xəstəxanaya yerləşdirilib.

154615
Boksun əfsanəvi adı Məhəmməd Əli, xəstəxanaya yerləşdirilib

Boksun əfsanəvi adı, 72 yaşlı Məhəmməd Əli, sətəlcəm diaqnozuyla xəstəxanaya yerləşdirilib.
Əlinin mətbuat katibi Bob Gunnell keşmiş idmançının özünü yaxşı hiss etdiyini vurğulayaraq “diaqnozun tez qoyulmasınım böyük əhəmiyyəti oldu. Xəstəxanada qısa bir müddət qalacağını ümid edirik” deyə bildirib.
Qeyd edək ki, son dəfə sentyabr ayında anadan olduğu Louisvilldə təşkil edilən “Məhəmməd Əli İnsanlıq Mükafatları” mərasimində xalq qarşısına çıxan keçmiş boksçu 1984-ci ildən parkinson xəstəliyi ilə mübarizə aparır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr