Bir mövsümdə 31 qol vuran futbolçu

Bir mövsümdə 31 qol vuran futbolçu 3 "Qızıl buts" sahibidir

183477
Bir mövsümdə 31 qol vuran futbolçu

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldoya "Qızıl buts" mükafatı təqdim olunub. Mükafat Avropa çempionatlarının ən yaxşı bombardirinə verilir. Ronaldo mükafatı "Barselona"nın hucumçusu Luis Suareslə bölüşməli olub. Çünki hər iki futbolçu bir mövsümdə 31 qol vurub. Qeyd edək ki, Ronaldo daha əvvəl iki dəfə "Qızıl buts"a layiq görülmüşdü. 2008-ci ildə "Mançester Yunayted"in heyətində, 2011-ci ildə isə Madrid "Real"ında adıçəkilən mükafat portuqaliyalı futbolçuya təqdim olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr