Türkiyә millilәrinin әn çәtin matçı

Türkiyənin A milli komandası tarixinin ən çətin matçlarından birinə çıxır.

154548
Türkiyә millilәrinin әn çәtin matçı

2016-cı il Avropa Futbol Çempionatının seçimlərinə uğursuzluqla başlayan Türkiyənin A milli komandası tarixinin ən çətin matçlarından birinə çıxır. Ay ulduzlular bu axşam Latviya ilə qarşılaşacaq. İslandiya və Çex Respublikasına məglub olan Ay ulduzluların tək hədəfi 3 baldır. Millilər Latviya matçını qazanaraq Avropa Çempionatı yolunda iddiasını davam etdirmək istəyir. Türkiyə ilə Latviya daha əvvəl 4 dəfə qarşı-qarşıya gəlib. Matçların birini qazanan millilər ikisində bərabərə qalıb. İki ölkə arasındakı ən dramatik matçlar 2003-ci ildə oynanmışdı. 2004-cü ildə Avropa Çempionatına qatılmaq istəyən iki ölkə play-offlarda qarşı-qarşıya gəlmişdi. Latviya-Türkiyə matçı paytaxt Riqadakı Skonto Stadionunda oynanacaq. Türkiyə vaxtilə saat 21.45-də başlayacaq mübarizəni Skoç Bobby Madden idarə edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr