Azərbaycanda Formula 1 həyəcanı

150980
Azərbaycanda Formula 1 həyəcanı

Azərbaycanda Formula 1 həyəcanı…
Azərbaycanın Paytaxtı Bakının 2016-ci ildə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan “Grand Prix”nin marşrutu təyin olunub.
Formula 1-in rəhbəri Bernie Ecclestone və Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun birgə keçirdikləri mətbuat konfransında Bakı küçələrində keçiriləcək yarışın marşrutları açıqlanıb. Paytaxtın məşhur Azadlıq meydanından start götürəcək yarışda Xəzər dənizinin sahilindəki prospektdən keçəcək maşınlar tarixi İçərişəhərin ətrafından yenə Azadlıq meydanındakı finiş xəttinə çatacaq. Təxminən 6 kilometr məsafə qət edəcək avtomobillər saatda 208 kilometr sürətlə hərəkət edəcəklər. Avtomobillərin sürəti bəzi ərazilərdə 340 kilometrə qədər artırılacaq. "Möhtəşəm bir yarışa ev sahibliyi edəcəyik" deyən nazir Azad Rəhimov Bakının son illərdə dünyanın və Avropanın idman paytaxtına çevrildiyini vurğulayıb.
F1-in rəhbəri Bernie Ecclestone isə Bakıdakı yarışın problemsiz olacağını və tamaşaçılara möhtəşəm anlar yaşadacaqlarına söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr