Avropa Atletizm Çempionatında ilk medal  Əli Kayadan gәlib

İsveçrənin Sürix şəhərində davam edәn Avropa Atletizm Çempionatının ikinci günündə Əli Kaya bürünc medalın sahibi olub.

90962
Avropa Atletizm Çempionatında ilk medal  Əli Kayadan gәlib

İsveçrənin Sürix şəhərində davam edәn 22-ci Avropa Atletizm Çempionatının ikinci günündə kişilər 10 min metrdə milli atlet Əli Kaya әldә etdiyi 28: 08.72-lik dərəcəylә bürünc medalın sahibi oldu. Yarışda 28: 08.11 lik dərəcəylə İngiltərəni təmsil edən Müsəlman atlet Mo Farah birinci olarkən, yarışı İngiltərədən Andy Vernon ikinci, Türkiyә Milli Komandasından Polat Kemboi Arıkan isә 28: 11.11-lik dərəcəylә 4-cü yerdә bitirib.
20 yaşlı Türk atlet Əli Kaya әldә etdiyi bu uğurla eyni zamanda Avropa Atletizm Çempionatı tarixində kişilər 10 min metrdə medal qazanan ən gənc atlet olaraq tarixə düşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr