Ərdoğan: "Türk Dövlətləri Təşkilatı daxilində hər bir işə böyük əhəmiyyət və dəyər veririk"

Prezident Rəcəb Tayyib Ərdoğan 9-cu Türk Tibb Dünyası Konqresinə və Əziz Sancarın Elm, Xidmət və Təşviq Mükafatları Mərasimində video müraciət ilə çıxış edib.

2053637
Ərdoğan: "Türk Dövlətləri Təşkilatı daxilində hər bir işə böyük əhəmiyyət və dəyər veririk"

"Sağlamlıqda süni intellekt mövzusunda təqdimatların və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir"

Bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan 9-cu Türk Tibb Dünyası Konqresinə və Əziz Sancarın Elm, Xidmət və Təşviq Mükafatları Mərasiminə göndərdiyi video müraciətində deyib.

Türk Dövlətləri Təşkilatı daxilində hər bir işə böyük əhəmiyyət və dəyər verdiklərini ifadə edən Ərdoğan deyib:

"Türk Dövlətləri Təşkilatı çərçivəsində gördüyümüz hər bir işə böyük əhəmiyyət və dəyər veririk. 6 fevral tarixində Türkiyedə baş verən zəlzələlərdən sonra türk cümhuriyyətlərindəki qardaşlarımızın millətimizlə həmrəyliyini unutmamışıq və unutmayacağıq. İnanıram ki, bundan sonra da böyük uğurlar qazanacağıq".

Ərdoğan 9-cu Türk Tibb Dünyası Konqresinin səhiyyə sahəsində əməkdaşlıq potensialının tam səfərbər olunmasında çox mühüm rol oynadığını vurğulayıb:

"Getdikcə artan və 2030-cu ilə qədər 1,5 trilyon dollarlıq bazara çatacağı gözlənilən süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir edir. Sağlamlıqda süni intellekt mövzusunda təqdimatların və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir".

Hər il konqreslə eyni vaxtda sağlamlıq sahəsində uğurlu tədqiqatlar aparan elm adamlarını mükafatlandırdıqlarını ifadə edən Ərdoğan “Nobel mükafatlı alimimiz Prof. Əziz Sancarın adına həsr olunmuş mükafatı qazananları ürəkdən təbrik edirəm” deyib.



Әlaqәli Xәbәrlәr