Piylənmə riskini 6 dəfə artıran 2 yeni variant tapıldı

Tədqiqatın müəlliflərindən olan professor Cayls Yeo (Giles Yeo) “Time” müsahibəsində deyib ...

2125285
Piylənmə riskini 6 dəfə artıran 2 yeni variant tapıldı

 

  Piylənmə riskini artıran iki yeni genetik variant müəyyən edilib.

  “Nature Genetics” jurnalında dərc edilən araşdırmada piylənmə (obezite) ehtimalını 6 dəfəyə qədər artıran və uşaqlarda çəki artımına təsir edən digər məlum variantlardan fərqli olaraq, yalnız böyüklərdə rol oynayan ünsürlər müəyyən edilib.

  Kembric Universiteti Tibbi Tədqiqat Şurasının alimləri Böyük Britaniyanın Biobank məlumat bazasında qeydiyyatdan keçmiş 500 mindən çox adamı araşdırıb və müəyyən ediblər ki, BSN və APBA1 adlı iki genin variantları böyüklərdə piylənmə riskini artırır.

  BSN-də fagot (bassoon) kimi də tanınan variantlar diabet və yağlı qaraciyər xəstəliyi riskinin yüksək olması ilə əlaqələndirilir və hər 6500 böyükdən birinə təsir edir.

  Tədqiqatın müəlliflərindən olan professor Cayls Yeo (Giles Yeo) “Time” müsahibəsində deyib ki, “Bu gen variantlarını daşıyan adamlar yaşlandıqca beyinlərindəki neyronlar pozulmağa başlayır. Beyindəki qida qəbulunu idarə edən əsas dövrələr aradan qalxır və insanlar piylənmə ilə üzləşir. Bu variant əczaçılıq şirkətlərinə profilaktik müalicələr hazırlamağa imkan verəcək”.  



Әlaqәli Xәbәrlәr