Türkiye Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmalarında salamlama uçuşu həyata keçirib

TEKNOFEST çərçivəsində Türkiye Hərbi Hava Qüvvələri İstanbul səmasında salamlama uçuşu həyata keçirib.

1979576
Türkiye Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmalarında salamlama uçuşu həyata keçirib
thk istanbul selamlama ucusu3.jpg
thk istanbul selamlama ucusu2.jpg
thk istanbul selamlama ucusu1.jpg
thk istanbul selamlama ucusu.jpg

"TEKNOFEST-2023" çərçivəsində Türkiye Hərbi Hava Qüvvələri İstanbul səmasında salamlama uçuşu həyata keçirib.

Milli Müdafiə Nazirliyi salamlama uçuşu həyata keçirən Türkiye Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin fotolarını paylaşıb.

Nazirliyin sosial media hesabında edilən paylaşımda "TEKNOFEST-2023 çərçivəsində Hərbi Hava Qüvvələrimizə məxsus təyyarəmizin Boğaziçi üzərindən salamlama uçuşunun gözəl fotoşəkilləri" ifadəsindən istifadə edilib.

Paylaşılan fotolarda Boğaziçi, Haliç, Sarayburnu və Ayasofya üzərində salamlayan uçuşlar həyata keçirən "Solotürk", "F-4E/2020" və "F-16" döyüş təyyarələri ilə Sarayburnunda lövbər salan Türkiyenin ən böyük döyüş gəmisi "TCG Anadolu" da yer alıb.

Qeyd edək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Məlumata əsasən, festivalda Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" da nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr