"Bayraktar Kızılelma" və "Bayraktar Akıncı"nın paralel sınaq uçuşu

"Bayraktar Kızılelma" Tekirdağ vilayətinin Çorlu rayonunda Akıncı Uçuş Tədris və Test Mərkəzində 9-cu və 10-cu sınaq uçuşlarını həyata keçirib.

1979022
"Bayraktar Kızılelma" və "Bayraktar Akıncı"nın paralel sınaq uçuşu

“Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi ilə “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) bir-birindən çox yaxın məsafədə uçuş həyata keçiriblər.

Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

“Tekirdağ şəhərində yerləşən Çorlu Təlim-Uçuş Mərkəzində havaya qalxan “Bayraktar Kızılelma” “Bayraktar Akıncı” ilə paralel uçuş həyata keçirib. Bu da onların hərəkətlərini əlaqələndirmək imkanını müəyyən etməyə imkan yaradıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib.

Təyyarənin 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

8,5 ton uçuş çəkisi və 1500 kq yük daşıma qabiliyyəti olan "Bayraktar Kızılelma" 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib və uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib. Bu uğurlu testdə yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib.

 



Әlaqәli Xәbәrlәr