“Teknofest”in PUA müsabiqəsi start götürdü

Yunuseli Hava Limanındakı “Savaşan PUA” müsabiqəsi aprelin 19-da başa çatacaq

1975595
“Teknofest”in PUA müsabiqəsi start götürdü

 

  Türkiyənin Bursa şəhərində “Teknofest” aviasiya kosmos və texnologiya festivalı çərçivəsində “Savaşan İHA yarışması” pilotsuz uçuş aparatı müsabiqəsi başlayıb.

  Seçmə mərhələlərdə Türkiyənin orta və ali məktəblərindən 754 komanda müraciət edib. Orta məktəbin 22 komandasından biri finala yüksəlib.

  Komandalar döyüş terminologiyasında "it dalaşı" kimi tanınan çətin tapşırığı yerinə yetirmək üçün çalışırlar.

  Müsabiqənin qalibi 500 min TL mükafat alacaq. İkinci komandanın mükafatı 350 min, üçüncünün isə 250 min lirədir.

  Yunuseli Hava Limanındakı “Savaşan PUA” müsabiqəsi aprelin 19-da başa çatacaq.



Әlaqәli Xәbәrlәr