2022-ci il dünya okeanın temperaturu rekord səviyyəyə çatıb

2022-ci ildə okeanlarda temperaturanın ən yüksək seviyyəyə çatması iqlim sistemində dərin dəyişikliklərə səbəb olub.

1931594
2022-ci il dünya okeanın temperaturu rekord səviyyəyə çatıb

Guardian qəzetinin xəbərinə görə, alimlərdən ibarət beynəlxalq komanda tərəfindən aparılan araşdırmanın nəticələri göstərib.

 Araşdırmanın müəlliflərindən ABŞ-ın St. Tomas Universitetinin alimlərindən professoru Con Abraham qlobal istiləşmənin 90 faizdən çoxunun okeanlara axışdığını ifadə edərək : “Okeanların istiləşməsi ilə əlaqədar daha ekstremal hava şəraiti yaşayırıq, bunun bütün dünyada dəhşətli təsirləri olacaq”.

“Advances in Atmospheric Sciences” jurnalında dərc edilmiş araşdırmanın nəticələrinə görə 1958-ci ildə temperatura ilə əlaqəli qeydə alınanlar 1990-cı ildə istiləşmənin daha da sürətlənməsi ilə okean temperaturunda əhəmiyyətli artım olduğunu göstərib. Araşdırmanın müəllifi həmçinin qeyd edib ki, Sakit və Atlantik okeanlarındakı intensiv istiləşmə ilə yanaşı Şimal yarımkürəsində istilik dalğalarının və quraqlıq hadisələrinin artdığı da qeydə alınıb.

Qeyd edək ki, oktyabr ayında bütün əsas istixana qazlarının atmosferdəki konsentrasiyası rekord səviyyəyə çatıb. Bunu isə Ümumdünya Meteorologiya Təşkilatı bildirib.

 

 

 



Әlaqәli Xәbәrlәr