Dünyada ilk belə körpə və ilk belə hadisə

... Əvvəllər eyni genetik xəstəlik səbəbindən iki övladını itirən Zahir və Sobia Bəşir cütlüyü bu gün 16 aylıq olan Ayla adlı körpələri üçün həkimlərin ana bətnində eksperimental müalicə təklifini qəbul etdilər

1904803
Dünyada ilk belə körpə və ilk belə hadisə

 

  Dünyada ilk dəfə ölümcül genetik xəstəliyi olan körpə ana bətnində müalicə olunub.

  Kanadanın paytaxtı Ottava şəhərindəki Şərqi Ontario Uşaq Xəstəxanası və Ottava Xəstəxanasının həkim heyəti 2021-ci ildə aparılan doğumqabağı testlərdə Sobia Bəşir adlı ananın körpəsinə “Pompe” xəstəliyi diaqnozu qoydular.

  Əvvəllər eyni genetik xəstəlik səbəbindən iki övladını itirən Zahir və Sobia Bəşir cütlüyü bu gün 16 aylıq olan Ayla adlı körpələri üçün həkimlərin ana bətnində eksperimental müalicə təklifini qəbul etdilər.

  Həkimlər “Pompe” xəstələrinin çatışmazlığı olan fermenti təmin etmək üçün hamiləliyinin 24-37-ci həftələri arasında Aylanın anasına altı infuziya verdilər. Körpədə çatışmazlığı olan ferment ultrasəslə idarə olunan iynələrdən istifadə edilərək dölün göbək damarına vuruldu. Ayla üzərində aparılan sınaqlar onun ürəyi və əzələ inkişafının normal olduğunu göstərdi.

  22 iyun 2021-ci ildə dünyaya gələn bu körpə dünya tibb ədəbiyyatında “genetik xəstəlikdən ana bətnində müalicə olunan ilk körpə”, hadisə isə “dünyada ilk uşaqlıqdaxili müalicə” kimi qeydə alınıb. Sözügedən mövzu "New England Journal of Medicine" elmi tibb jurnalında dərc edilib.

  Qeyd edək ki, dünyada hər 100 min körpədən birində görünən “Pompe” xəstəliyi adətən ürəyin böyüməsi və əzələ zəifliyi ilə müşahidə olunaraq ölümə yol açır.  



Әlaqәli Xәbәrlәr