ABŞ-ın qərbində son 1200 ilin ən ağır quraqlığı yaşanır

“Nature Climate Change” jurnalında dərc olunan elmi araşdırmada yazılır

1779274
ABŞ-ın qərbində son 1200 ilin ən ağır quraqlığı yaşanır

 

  “Nature Climate Change” jurnalında dərc olunan elmi araşdırmada 2000-2021-ci illərin ölkənin qərbində son 1200 ilin ən quraq dövrü olduğu bildirilib. Keçən ilki quraqlığın şiddəti qeyri-adi olub. Ölçmələr bu vəziyyətin bu il də davam edəcəyini göstərir. İnsanların səbəb olduğu iqlim böhranının meqa quraqlığı 72 faiz daha da pisləşdirdiyi bildirilib.

  2021-ci ilin dekabr ayında Los-Anceles şəhərindən qərb tərəfdə hər kvadrat metrə ümumi 25 santimetr yağıntı düşməsinə baxmayaraq, 2022-ci ilin yanvar ayında 1 santimetr belə yağmayıb. Buna görə də 2022-ci il ən quraq 8-ci il olaraq qeyd edilib. Fevralın yarısında da vəziyyət heç ürəkaçan deyil.



Әlaqәli Xәbәrlәr