Rusiya və ABŞ birlikdə Veneraya uçacaq

Rusiya Federal Kosmos Agentliyinin (Roscosmos) Baş direktoru Dmitri Roqozin Rusiya mediasına şərhində bildirib...

1736637
Rusiya və ABŞ birlikdə Veneraya uçacaq

 

  Rusiya və Amerika Birləşmiş Ştatları Venera araşdırmalarıyla əlaqədar ortaq missiya ilə bağlı razılığa gəldilər.

  Rusiya Federal Kosmos Agentliyinin (Roscosmos) Baş direktoru Dmitri Roqozin Rusiya mediasına şərhində bildirib: "Amerikalılarla Venera planetinə ortaq missiya ilə bağlı razılaşdıq.

  Veneraya yalnız Sovet kosmik gəmiləri uçduğu üçün ora “Rusiya planeti” də deyilir. Başqa heç bir ölkə sözün tam mənasıyla cəhənnəm olan bu planetə kosmik gəmi göndərməyib”.

  Qeyd edək ki, Rusiya 2029-cu ildə Venera planetinə “Venera-D” avtomatik stansiya kosmik gəmisi göndərməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr