“Covid-19” bundan sonra daha çox uşaqlarda olacaq

"Science Advances" jurnalında çıxan elmi məqalədə belə yazılır...

1690317
“Covid-19” bundan sonra daha çox uşaqlarda olacaq

 

  “Yeni tip koronavirus (Covid-19) qarşıdakı illərdə daha çox uşaqlar arasında görünən xəstəlik ola bilər”, "Science Advances" jurnalında çıxan elmi məqalədə belə yazılır.

  Amerika və Norveç tədqiqatçıları “Covid-19”un hansı yaş qruplarında daha çox görünə biləcəyi və ölüm nisbətlərinin necə olacağı ilə bağlı gələcəyə yönəlik "Yaşa görə qurulmuş həqiqi riyazi modelləşdirmə" hesablayıblar.

  Birləşmiş Millətlər Təşkilatı tərəfindən təmin edilən məlumatlar əsasında demoqrafik strukturları bir-birindən fərqli 11 ölkədə xəstəlik yükünü araşdırılıb. İnkişaf etdirilən modelləşdirmə ilə bu ölkələrdəki xəstəliklər qısa, orta və uzun vədəli olmaqla 3 dövrə ayrılaraq analiz edilib.

  Alimlər “Covid-19”un qarşıdakı illərdə virusa tutulmamış və ya hələ peyvənd olmamış uşaqlara daha çox təsir edəcəyini bildirib.

  Norveçin Oslo Universitetindən Ottar Bürnstad (Ottar Bjornstad) tənəffüs xəstəliklərilə bağlı tarixi məlumatlarda epidemiyadan təsirlənən yaş qruplarının zamanla necə dəyişdiyinə dair deyib: “Covid-19” yetkinlər arasında çoxalır, ölüm riski artır. Qarşıdakı illərdə digər korona virusları və qrip kimi “Covid-19”un da əksərən peyvənd edilməmiş və ya xəstəliyə tutulmamış uşaqlar arasında arta biləcəyi güman edilir.

  1889-1890-cı illərdə görünən Rusiya qripindən təsirlənən yaş qruplarının zamanla necə dəyişdiyinə baxaq. Məsələn, davam edən genomik proseslər Asiya və ya Rusiya qripi kimi tanınan və ilk zamanlar 70 yaşdan yuxarı insanları olmaqla 1 milyondan çox adamı öldürdü. Dövrün pandemiyası olan o hadisə bu gün endemik, yüngül, əksəriyyəti 7-12 aylıq körpələrdə görünən HCoV-OC43 virusunun ortaya çıxmasına səbəb sayıla bilər."



Әlaqәli Xәbәrlәr