Beynəlxalq Kosmos Stansiyasının ilk avropalı qadın kapitanı

O, bu vəzifəni icra edən ilk avropalı qadın astronavt olacaq

1648139
Beynəlxalq Kosmos Stansiyasının ilk avropalı qadın kapitanı

 

  İtaliyanın kosmosa gedən ilk qadın kosmonavtı olan Samanta Kristoforetti (Samantha Cristoforetti) 2022-ci ildə gedəcək ikinci kosmos səfərində Beynəlxalq Kosmos Stansiyasının kapitanı olacaq. O, bu vəzifəni icra edən ilk avropalı qadın astronavt olacaq.

  Samanta Kristoforetti 2014-cü ildəki ilk kosmik missiyasında 199 gün 16 saat qalmış və tək səfərdə ən uzun müddət kosmosda olan avropalı astronavt sayılmışdı.

  Avropa Kosmos Agentliyinin məlumatına görə, Kristoforettinin ikinci kosmos səfərinin 2022-ci ildə Elon Maskın qurduğu “Space X” şirkətinin “Crew Dragon” kosmik gəmisiylə etməsi planlanır.

  Amerika Birləşmiş Ştatlarından fəzaya buraxılacaq “Crew Dragon” kosmik gəmisiylə Samanta Kristoforetti ilə birlikdə NASA astronavtları Kyel Lindqren (Kjell Lindgren) və Bob Hayns (Bob Hines) da kosmosa uçacaq.

  Milanoda dünyaya gələn 44 yaşlı Kristoforetti hərbi aviasiya karyerasını qazandıqdan sonra İtaliya Kosmos Agentliyi və Avropa Kosmos Agentliyinin kosmonavtı olmuşdu.  



Әlaqәli Xәbәrlәr