YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət başa çatdı

YTB-nin məlumatına görə, Türkiyə təqaüdləri müraciət müddəti 10 yanvarda başladı, 20 fevralda sona çatdı.

1591237
YTB-nin "Türkiyə bursları" təqaüd proqramına müraciət başa çatdı

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) Baş İdarəsinin dünyanın dörd bir guşəsindən gələn tələbələrə Türkiyədə yüksək təhsil imkanları təqdim edən "Türkiyə bursları" təqaüd proqramının 2021-ci il müraciətlərinə beynəlxalq tələbələr böyük maraq göstərdilər.

YTB-nin məlumatına görə, Türkiyə təqaüdləri müraciət müddəti 10 yanvarda başladı, 20 fevralda sona çatdı.

Dünyanın 178 ölkəsindən 165 min 511-i xarici tələbə  cari il Türkiyədə  baxalavr, magistr və doktorantura səviyyələrində təhsil almaq üçün müraciət etdi.

Akademiklər və YTB mütəxəssislərinin aparacağı müsahibələr nəticəsində uğurlu olan namizədləri Türkiyədəki universitetlərdə təhsil almaq hüququ qazanacaqlar.

Türkiyə təqaüdlərina 2021-ci il üçün müraciətlərin tamamlandığına dair sosial media hesabından paylaşım edən YTB-nin rəhbəri Abdullah Eren 5 dildə "Dünyanın ən əhatəli təqaüd proqramı olan və beynəlxalq tələbələrə Türkiyədə ali təhsil imkanı təqdim edən "Türkiyə bursları"na müraciətlər sona çatdı" deyib.

Eren təqaüd proqramı üçün dünyanın dörd bir yanından göstərilən böyük maraq və rekord müraciətə diqqət çəkən Eren "Bu il də 178 ölkədən 165 mindən artıq müraciət qəbul edən Türkiyə təqaüdlərinə maraq göstərən hər kəsə təşəkkür edirik" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr