Çinin nəzarətdən çıxan Kosmik Stansiyası atmosferə  daxil  olub

Çinin  parçalanan “Tyanqun-1” kosmik stansiyasının qalıqları  Sakit okeanın cənub hissəsindən Yerin atmosferinə daxil olub.

942373
Çinin nəzarətdən çıxan Kosmik Stansiyası atmosferə  daxil  olub

CMSEO-nın  məlumatına  görə   stansiya demək olar ki, tamamilə məhv olub və atmosferin qatı təbəqəsindən keçərkən  yanıb.

8,5 ton ağırlığında, 12 metr uzunluğunda və 3,3 metr diametrində olan “Tyanqun-1” stansiyası 2011-ci ilin sentyabr ayında orbitə çıxarılıb. Son iki ildə “Şençjou” seriyasından olan  gəmilər iki dəfə onunla birləşib, lakin bir müddət sonra onun üzərində nəzarət itib. Mütəxəssislər hesab edir ki,  orbitin korreksiyası üçün olan  mühərriklərdə yanacaq bitib.



Әlaqәli Xәbәrlәr