Meizu M6 Note təqdim ediləcək

Sentyabrın 6-da təqdim edilməli olan yeni smartfonun təqdimatı 2 həftə əvvələ keçirilib.

789889
Meizu M6 Note təqdim ediləcək

Sentyabrın 6-da təqdim edilməli olan yeni smartfonun təqdimatı 2 həftə əvvələ keçirilib. Yeni smartfonun təqdimatı ilə bağlı şirkət tərəfindən jurnalistlərə göndərilmiş dəvət "MyDrivers" saytında yerləşdirilib.
Smartfon "MediaTek Helio P25" (MT6757T) prosessoru, 5,5 düymlük diaqonala malik "Full HD" displeyi, modeldən asılı olaraq 3 və ya 4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 3 ədəd kamera olacaq: iki əsas kamera "Sony IMX258" sensoruna malik olacaq. Aparatın korpusu tamamilə metaldan hazırlanıb, akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

Milli.Az



Әlaqәli Xәbәrlәr