Böyük Britaniyada dizel və benzin mühərrikləri qadağan ediləcək

Fransanın ardınca Böyük Britaniya da 2040-cı ildə dizel və benzin mühərriklərini qadağan etmək niyyətində olduğunu açıqladı.

781017
Böyük Britaniyada dizel və benzin mühərrikləri qadağan ediləcək

Fransanın ardınca Böyük Britaniya da 2040-cı ildə dizel və benzin mühərriklərini qadağan etmək niyyətində olduğunu açıqladı.

Bu addım ilk növbədə havanın getdikcə çirklənməsinin qarşısını almaq niyyətindən doğur.
 
Böyük Britaniya hökumətinin mətbuat katibi bildirib ki, havanın pis keyfiyyəti sağlamlıq üçün ən böyük ekoloji riskdir: "Hökumət ən yaxın vaxtlarda həlledici addımlar atmaq fikrindədir. Əks halda, havanın təmizlənməsi büdcəyə hər il 12 milyard dollara başa gələ bilər".
 
Qeyd edək ki, 2025-ci ildə Hollandiyada qaz və benzinlə işləyən maşınlar qadağan ediləcək.

 

Mənbə: Milli.Az

 



Әlaqәli Xәbәrlәr